“Barselona”nın qeydiyyat problemləri səbəbindən karyerasını başqa klubda davam etdirmək ehtimalı olan Pau Viktor La Liqanın digər klubu “Betis”in maraq dairəsinə düşüb.

"Unikal" xəbər verir ki, Sevilya təmsilçisi 23 yaşlı hücumçunu icarəyə götürməyi planlaşdırır. Viktorun “Barselona” ilə müqaviləsi 2029-cu ilin iyununda başa çatır.

Qeyd edək ki, Pau Viktor cari mövsüm La Liqada 13 oyun keçirib və 2 qola imza atıb.