Suriyanın yeni administrasiyası Heyət Təhrir əl-Şam (HTŞ) bayrağı altında döyüşən yaraqlıları nizami orduya çevirir.

"Unikal" xəbər verir ki, Suriyada döyüşən, lakin Suriya vətəndaşı olmayan yaraqlıları yeni orduda mühüm vəzifələrə gətirən Suriyanın faktiki lideri Əhməd əl-Şaraa yeni Suriya ordusunun briqada generalı postuna türkü seçib.

Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) bu adlar arasında alban, iordaniya, tacik, türk və uyğur döyüşçülərinin olduğunu bildirib. Təyinatlarla bağlı məlumat verən iki Suriya rəsmisi bəzi əcnəbi yaraqlıların briqada komandirləri də daxil olmaqla yüksək hərbi rütbələrə yüksəldildiyini bildirib