54 yaşlı model Klaudiya Şiffer ailə qurduqdan sonra necə dəyişdiyini danışıb.
"Unikal" axsam-a istinadən xəbər verir ki, o, supermodel karyerasını ailəsinə qurban versə də peşman deyil.
Klaudiyanın dediyinə görə, o, 20 yaşında olanda və dünyanı gəzərkən bütün düşüncələri yalnız karyerası ilə bağlı olub. Zirvələrə çatmaq üçün çox çalışıb. Ancaq həyat yoldaşı və ana olduqdan sonra bu fikri dəyişib.
"Övladlarımla fəxr edirəm, onların rifahı mənim və həyat yoldaşım üçün prioritetdir. Ailəmlə vaxt keçirməyimə və yaxınlarıma ehtiyac duyduqda kömək etməyə imkan verən tarazlığı qorumaq mənim üçün çox daha vacibdir" deyə, model bildirib.
O bildirib ki, 1990-cı illərdə ən məşhur modellərlə mübarizə aparıb və birinci sırada yer alıb. Şiffer yalnız ailə qurduqdan və hamilə olandan sonra vaxtının nə qədər xüsusi olduğunu başa düşdüyünü söyləyib.