Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin8 ildir davam edən məhkəmə çəkişməsi başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.  

Onlar illərlə davam edən prosesin başa çatması şərtləri ilə bağlı razılığa gəliblər. Nəşrin yazdığına görə, boşanma sənədləri keçmiş ər-arvad tərəfindən dekabrın 30-da imzalanıb.

Colinin vəkili Ceyms Saymon Ancelinanın bu prosesdən yorulduğunu, lakin bitməsinə görə sevindiyini bildirib. Bred Pittin vəkili isə boşanma barədə məlumatı şərh etməyib. 

Cütlük arasında boşanma ilə bağlı razılaşmanın şərtləri açıqlanmayıb. 

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə boşanma üçün müraciət edib. Onların nikahı 2019-cu ildə rəsmi olaraq ləğv edilsə də, cütlük bu günə qədər əmlakın bölüşdürülməsi və üçü övladlığa götürülmüş ümumilikdə altı uşağın qəyyumluğu şərtləri barədə razılığa gələ bilmirdilər.