Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin ölkəyə uçuşuna qadağa qoya bilər.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

İnfrastruktur və Regional İnkişaf Nazirliyi müvafiq layihənin müzakirəyə çıxarılmasını təklif edib. Belə bir qərarın məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.

Siyahıya Rusiya, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətləri daxil edilib.

Ağarza Elçinoğlu