Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən və süni nəfəs aparatına qoşulan aktyor Azər Baxşəliyev xəstəxanaya yerləşdirilib. 

"Unikal"ın məlumatına görə, aktyorun həyat yoldaşı Nigar Seyid onunla bağlı sosial şəbəkədə paylaşım edib.

O, birlikdə olan fotolarını və Azərə yazdığı "Oyanıb mənə yazacaqsan. Darıxıram, Azik. Çox" mesajını paylaşaraq "Oyanmadın" yazıb. 

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib ki, aktyorun səhhəti ağır kritik olaraq qalır:

“Hazırda xəstəxanamızdadır. Süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Vəziyyəti ağır kritik olaraq qalır”.