Avstriyanın yeni kansleri hazırkı hökumət başçısı Karl Nehammerin istefasından sonra gələn həftədən vəzifəsinin icrasına başlayacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Van der Bellen məlumat verib.
"Karl Nehammer vəzifəsini tərk etdikdən sonra Avstriyada keçid dövrü üçün yeni kansler olacaq", - Bellen ifadə edib.
O, yeni kanslerin namizədliyi ilə bağlı ətraflı məlumat verməyib. Onun adı da açıqlanmır.