Sosial Demokratlar Partiyası (SDPA) ilə koalisiya hökumətinin yaradılması üzrə danışıqların nəticəsiz qalmasından sonra Avstriya Xalq Partiyasının (ANP) kansleri Karl Nehammer istefa verəcəyini vəd edib.

"Unikal" xəbər verir ki, bu barədə o, "X"də dərc olunan videomüraciətində bildirib.

O, hakimiyyətin rahat keçidini təmin etməklə yanaşı, yaxın günlərdə Federal Kansler və Avstriya Xalq Partiyasının sədri vəzifəsini tərk etmək qərarından danışıb.

"Danışıqlar başa çatdıqdan sonra mən aşağıdakıları edəcəm: yaxın günlərdə federal kansler və ANP-nin rəhbəri vəzifəsindən istefa verəcəyəm və nizamlı keçidi təmin edəcəyəm", - Nehammer bildirib.