Aktyor Nicat Rəhimov mərhum həmkarı Azər Baxşəliyevdən danışıb. 

"Unikal" xəbər verir ki, “İncə səhər” verilişinə açıqlama verən Nicat onun əməliyyata hazırlaşdığını deyib:

“Yanvarın 15-də Türkiyəyə gedəcəkdi, əməliyyata. Son günlər dostlarına deyib ki, pisəm, yaxşı deyiləm. 230 təzyiqlə gəzirmiş. Veriliş çəkəcəkdik, danışdıq ki, 2 efir çəkək, Azər getsin Türkiyəyə, qayıtsın davam edək”.