Qonşu dövlətlərdən söz düşəndə Rusiya harasa müdaxilə edir. İndi Ukraynaya qarışır və hamı məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmağa üstünlük verir.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, jurnalistlərə Fransa prezidentinin bəyanatları ilə bağlı sualı cavablandırarkən deyib ki, bu gün hamının üzləşdiyi əsl problem dağıdılmış Ukraynadır: "Fransa prezidenti məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmalıdır. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm - bu, məhv edilmiş Ukraynadır".
Ağarza Elçinoğlu