"Mən hakimiyyətdən yapışmamışam, hakimiyyəti “yeni nəslə” “sakit şəkildə” ötürmək üçün lazım olan hər şeyi etmək niyyətindəyəm".
"Unikal" BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko əlavə edib ki, Belarusda yeni hökumətin dövründə yaşamağa ümid edir:
“Mən və övladlarım ümid edirəm ki, yeni hökumətin altında yaşayacağıq. Onların necə yaşayacaqlarını görmək istəyirəm”.
Xatırladaq ki, Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Belarusun hazırkı lideri Aleksandr Lukaşenko prezident seçkilərinə 7-ci dəfə namizədliyini irəli sürüb.
Gülayə Mecid