Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və Eldəniz Qulamovun barəsində cinayət işi başlanılıb.

"Unikal"ın məlumatına görə, Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov külli miqdarda mənimsəmədə ittiham edilir. Hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Ancaq Eldəniz Qulamovun vəkili iştirak etmədiyindən məhkəmənin hazırlıq iclası keçirilməyib. Proses fevral ayının 4-nə kimi təxirə salınıb. 

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Raqif Abbasov 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddə ilə təqsirli bilinir.

Seymur Əli