Braziliyada "Cessna 525" təyyarəsi Ubatubadakı Qastao Madeyra hava limanında uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, şəhər çimərliyində qəzaya düşən layner partlayıb. İlkin məlumata görə, pilot ölüb, uşaqlar da daxil olmaqla 7 nəfər yaralanıb.

Qəzaya yağışlı hava və nəm eniş zolağının səbəb olduğu bildirilir.