Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.
“Azərbaycandan olan qardaş və dostlarımız mənə bildirdilər ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.