Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi görmür.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından sonra bildirib.
ÜST rəhbəri qeyd edib ki, hazırda fövqəladə sağlamlıq vəziyyətindən söhbət gedə bilməz "Mətbuatda çox danışılan virus artıq bir neçə dəfə oxşar formada ortaya çıxıb".
Metapnevmovirus respirator infeksiyaların törədicilərindən biridir. Hava damcıları ilə ötürülür və onun simptomları arasında burun axması, öskürək və qızdırma var.
Ağarza Elçinoğlu