Sumqayıtda 16 yaşlı yeniyetmənin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 2009-cu il təvəllüdlü  yeniyetmə qızı avtomobil vurub.

Piyada Sumqayıt şəhər uşaq xəstəxanasına aparılıb.

Fakt araşdırılır.