Qrenlandiyanın referendum yolu ilə müstəqillik qazanması proseduru üç il çəkə bilər. 

"Unikal" xəbər verir ki, bunu Qrenlandiya parlamentinin üzvü və adanın keçmiş xarici işlər naziri Pele Broberq deyib. 

O vurğulayıb ki, Qrenlandiyada hazırlanan planlar 80-ci illərdə Avropa birliyini tərk etmək üzərində qurulub. Siyasətçi əlavə edib ki, indi Qrenlandiya üçün ən vacibi bu prosesi başlatmaqdır.

Bundan əvvəl Broberq bildirib ki, ada sakinlərinin yalnız 0,0001%-i ABŞ vətəndaşı olmaq istəyir. 

Gülayə Mecid