Slovakiyada tələbənin bıçaqla hücumu nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı gənc Spisska Stara Ves şəhərindəki orta məktəbdə müəllimə və iki şagirdə hücum edərək qaçıb.
Slovakiyanın xilasetmə xidmətinin əməliyyat mərkəzi hücum nəticəsində iki nəfərin öldüyünü və bir nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Bildirilir ki, hadisəni törədən gənc tələbə olub. Faktla bağlı araşdırma aparılır.