Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusion rəsmi səlahiyyətləri çərçivəsində 600-dən çox məhbusu əfv edib.
"Unikal" xəbər verir ki, Kavelaşvili bu barədə sosial şəbəkədə yazıb.
“Rəbbin zühuru pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim. Əfv olunan məhbuslara ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verilir", - deyə Kavelaşvili qeyd edib.
O, əfv fərmanının hansı kateqoriya məhbuslara şamil edildiyini açıqlamayıb.