Türkiyə Xarici İşlər Nazirliyi axtarışda olan iki şəxsin bu ölkəyə ekstradisiyasına görə Ermənistana təşəkkür edib.
"Unikal" xəbər verir ki, Nazirlik bu prosesdə Ermənistanın əməkdaşlığını yüksək qiymətləndirib.
Yanvarın 19-da Ermənistan İnterpolun sorğusuna cavab olaraq mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Türkiyə Daxili İşlər Nazirliyi də öz növbəsində qeyd edib ki, ekstradisiya edilənlərdən biri Erkan Yılmaz cinayətkar təşkilata rəhbərlik edib, digəri isə İbrahim Kaymak bu qruplaşmanın üzvü olub.
Qurum Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa Ordu Əyalət Polis İdarəsi ilə əməkdaşlığa görə təşəkkür edib.