Ağdaş rayonunda dəyəri 7 min manat olan internet xətləri kəsilərək naməlum şəraitdə oğurlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Teyfur Həsənov, Rəfi Cabbarov və Vahid Kərimov saxlanılıblar. Onlar oğurladıqları naqilləri mis halında əlvan metal qəbulu məntəqələrinə satdıblar. Araşdırmalarla saxlanılanların rayon ərazisində iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib. Keçirilən digər tədbir zamanı isə müştəri qismində mağazalara daxil olaraq
oradan oğurluq edən, əvvəllər məhkum olunmuş Elvin Zamanlı da saxlanılıb. Onun ətraf rayonlarda da marketlərdən oğurluq etdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.