Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə aparılan məhkəmə prosesindən danışıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Simonyan jurnalistin məhkəməni izləyirsinizmi və reaksiyanız necədir sualına belə cavab verib :"Biz izləyirik, nə baş verdiyini görürük. Ancaq reaksiya verəcək bir şey yoxdur. Nə baş verdiyi göz qabağındadır.
Mən Qarabağın keçmiş "rəsmi"lərinin açıqlamalarını izləməmişəm və hesab edirəm ki, imkan daxilində bu işə qarışmasalar, sussalar, daha yaxşı olar. Nə qədər müdaxilə etdiklərinin nəticəsini gördük. Düşünürəm ki, düzgün olan onların susmasıdır".
Ağarza Elçinoğlu