Ermənistanın baş naziri Nikol Paşinyan Davos Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 23-24-də İsveçrəyə işgüzar səfərə gedib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Paşinyan səfər çərçivəsində panel müzakirəsinə qatılacaq, beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Azərbaycan lideri İlham Əliyev də Davosdadır. Prezident artıq bir sıra liderlərlə görüşlər keçirib. Davos forumu çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşə biləcəyi istisna edilmir.
Ağarza Elçinoğlu