Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Fransanın beynəlxalq "Marie Claire" jurnalının qonağı olub. 

"Unikal" xəbər verir ki, Coni jurnala qadınlarla bağlı maraqlı açıqlamalar verib. 

"Bəşəriyyətin bütün varlığı boyunca qadınları başa düşmək mümkün deyil, heç kim onları tam başa düşməmişdir. Müasir qızları çox məqsədyönlü görürəm, onlar öz karyeralarına və şəxsi nailiyyətlərinə kökləniblər. Bu, yaxşıdır, amma məni kədərləndirir ki, artıq demək olar ki, heç kim evin xanımı, ailənin anası olmağı şərəfli saymır. Məsələn, tanıdığım qızların 50%-dən çoxu yemək bişirməyi bilmir. Qarşı deyiləm, restorandan sifariş edə və ya özünüz bir şey bişirə bilərsiniz. Amma gələcəyə baxaraq, istəməzdim ki, uşaqlarım həmişəlik sifariş etdikləri yeməyi yesinlər. Ən yaxşı restoranların ən bahalı yeməkləri belə evdə ananızın əlləri ilə hazırlanmış yeməkləri əvəz edə bilməz. Əlbəttə ki, qadının karyerası əlaqələr qurmağa və ailə qurmağa mane olmur". 

Jony: «Сегодня очень важный и волнительный для меня день!» - ВИДЕО |  1news.az | Новости

 Həmçinin, Cahid Hüseynli jurnala müsahibəsində sevgidən də söz açıb:

"Mən həmişə tanıdığım yeni cütlüklərdən soruşuram: “Necə tanış olmusunuz?” Dostlardan biri universitetdə keçirilən KVN konsertinə yanında oturan qızla söhbət edib və eləcədə tanış olublar. Tanışlıqda düzgün və ya yanlış seçim yoxdur, bütün vasitələr yaxşıdır. Mən sosial şəbəkələrdə və ya tanışlıq saytlarında bir-birini tapan xoşbəxt evli insanları tanıyıram. 

Uca Allah bizi cüt yaradıb. Ona görə də bilirəm ki, hər kəs öz sevgisini tapacaq. Əsas odur ki, nə olursa olsun, əvvəlki münasibətlərdən hansı yaralar qalırsa olsun, buna inanmaqdır". 

Gülayə Mecid