Nəzərinizə çatdırırıq ki, sosial şəbəkələrdə “Azercell Telekom” MMC adından saxta paylaşımlar edilərək dəyərindən aşağı qiymətə müxtəlif internet paketləri, tariflər və s. xidmətlər təklif olunur. Saxta təkliflərdən yararlanmaq üçün abunəçilərdən bank kartı məlumatlarının daxil edilməsi tələb edilir, nəticədə həmin məlumatlar ələ keçirilir və istifadəçilər maliyyə itkiləri ilə qarşılaşırlar.
Bu barədə "Unikal"a "Azercell"dən məlumat verilib.
Bildiririk ki, qeyd olunan halların "Azercell" ilə heç bir əlaqəsi yoxdur və bu cür hadisələrlə qarşılaşdığınız halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
Qeyd edilənləri nəzərə alaraq “Azercell Telekom” MMC abunəçilərini aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
- Qeyri-rəsmi səhifələrdə yerləşdirilən təkliflərə diqqətlə yanaşın;
- Saytlarda bank kartı məlumatlarını daxil etməzdən əvvəl saytın və ünvanın Azercell-ə aid olmasını/rəsmi sayt olduğunu yoxlayın;
- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;
- "Azercell" adından gələn zənglərə diqqətlə yanaşın və şübhəli hallarda məlumatları dəqiqləşdirin;
- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqənizin məlumatlarını paylaşmayın;
- Şübhəli məzmunlu internet saytlara daxil olmayın, orada keçirilən müxtəlif oyun, müsabiqə, yarış, həvəsləndirici vədlər verən digər təkliflərdən istifadə etməyin;
- SMS və ya “WhatsApp” mesajlarında göndərilən şübhəli linklərə keçid etməyin;
- Etibar doğurmayan internet resurslarından istifadə etməyin;
- Naməlum şəxslər tərəfindən edilən saxta nömrə, xidmət təklifləri və məlumat sorğularına qarşı diqqətli olun.
"Azercell" öz abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək məqsədilə rəsmi kanallardan və səhifələrdən istifadəni tövsiyə edir: