Amerikalı reper Kanye Uest dollar milyarderi statusunu bərpa edib.
"Unikal" xəbər verir ki, o, Instagram sosial şəbəkəsindəki səhifəsində "Eton Ventures" analitik şirkətinin hesablamalarının nəticələrini paylaşıb.
Şirkət onun sərvətini 2,77 milyard dollar qiymətləndirib.
"Forbes" bu rəqəmi hələ də yeniləməyib - o, reperin sərvətini 400 milyon dollar təxmin edir.
Kanye 2022-ci ildə özünün "Yeezy" şirkətinin "Adidas" ilə ortaqlığı antisemit ifadələri səbəbindən sona çatdıqdan sonra milyarder statusunu itirmişdi.
O zaman "Forbes", Kanye üçün moda əməkdaşlığının təxminən 1,5 milyard dollar dəyərində olduğunu təxmin edirdi.