Belarusda keçirilən prezident seçkiləri legitim olub.

"Unikal" xəbər verir ki, müvafiq bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Vladimir Putinin Aleksandr Lukaşenkonu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyini vurğulayıb.

“Biz bu təbriklərə qoşuluruq, müttəfiqlərimizin uğurlarına sevinirik, inanırıq ki, seçkilər legitimdir”, - Peskov qeyd edib.

O, həmçinin əlavə edib ki, Qərbdən “seçkilərin qeyri-legitimliyi” ilə bağlı səslər nəzərə alınmayacaq.