İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı “yeni nasistlər” adlandırıb.
"Unikal" xəbər verir ki, o , Beynəlxalq Holokostu Anma Günü ilə bağlı müvafiq bəyanatla çıxış edib.
“Mən bütün sivil ölkələri istər universitetlərdə, istər şəhər küçələrində, istərsə də beynəlxalq təşkilatlarda antisemitizmlə üzləşməyə çağırıram”, - deyə Netanyahu qeyd edib.
O bildirib ki, HƏMAS yeni nasistlərdir və yəhudi dövləti onları məğlub etmək niyyətindədir.