Portuqaliyanın “Portu” komandasının yeni baş məşqçisi məlum olub.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Martin Anselmi gətirilib. Son olaraq Meksika təmsilçisi “Kruz Azul”a rəhbərlik etmiş 39 yaşlı argentinalı mütəxəssislə 2027-ci ilin yayınadək sözləşmə imzalanıb.
“Portu” klubu bu keçid üçün meksikalılara 3 milyon dollar təzminat ödəyib.
Qeyd edək ki, “Portu”ya son olaraq Vitor Bruno başçılıq edib.