Polşanın keçmiş baş prokuroru, ədliyyə naziri Zbiqnev Ziobro saxlanılaraq Seymin istintaq komissiyasına zorla dindiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Varşava məhkəməsi məlumat yayıb. 

Bildirilir ki, bu qərar “Zebro”nun qeyri-qanuni olaraq İsrailə məxsus “Pegasus” casus proqramlarını quraşdırıb istifadə etməsindən sonra verilib.

“Bazar ertəsi Varşava məhkəməsi Seym İstintaq Komissiyasının Zbiqnev Ziobronun saxlanılması və zorla iclasına gətirilməsi üçün icazə tələbinə baxdı. Bu müraciətlə bağlı müsbət qərar qəbul edilib”, - məlumatda deyilir.