Xəbər verdiyimiz kimi, Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ölkədə keçid dövrü ərzində Suriyanın prezidenti elan edilib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hərbi əməliyyatlar komandanlığının rəsmi nümayəndəsi Həsən Əbdül-Qani bildirib ki, bütün hüquq-mühafizə orqanlarının ləğvi və yeni güc strukturunun formalaşdırılması barədə qərar qəbul edilib: "Biz devrilmiş rejimin ordusunun buraxıldığını və Suriya ordusunun milli əsasda bərpa edildiyini bəyan edirik, devrilmiş rejimin yaratdığı bütün birlik və adları, bütün silahlı birləşmələri ləğv edirik. Bununla biz yeni təhlükəsizlik xidmətinin yaradılmasını elan edirik". 

Bundan əlavə, Suriyanın yeni hakimiyyət orqanları 2012-ci ildə qəbul edilmiş konstitusiyanın bütün düzəlişləri ilə birlikdə ləğv edilməsinə qərar verib.

Ağarza Elçinoğlu