ABŞ-nin keçmiş senatoru Bob Menendez rüşvətxorluq və korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Amerika mətbuatı yazıb.
Keçmiş senator ona qarşı işin siyasi təqib olduğunu bildirib: "Bu, siyasi məhkəmədir".
2024-cü ilin iyulunda münsiflər heyəti Menendezi rüşvətxorluq, qəsb, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək kimi 16 maddə üzrə ittiham etdi. Xüsusilə, senator Misirə hərbi təchizat və yardımın koordinasiyasını asanlaşdıracağını vəd edib.
Ağarza Elçinoğlu