Hindistanda kişi arvadını öldürdüyünü etiraf etdikdən sonra fakt çatışmazlığı səbəbindən sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Hyderabaddan (Hindistanın Telangana əyalətinin paytaxtı və ən böyük şəhəri) olan təqaüdçü ordu zabiti, 45 yaşlı Qurumunti həyat yoldaşı, 35 yaşlı Venkata Madhavinin itkin düşməsi ilə bağlı dindirilmə zamanı cinayəti etiraf edib.
Qadın yanvarın 16-da yoxa çıxıb. Qurumunti əvvəlcə iddia edib ki, həmin gün səhər mübahisədən sonra evdən çıxıb və arvadını bir daha görməyib. Polis küçə kameralarının qeydlərinə baxdıqdan sonra onun yalan danışmasından şübhələnib. Məlum olub ki, Madhavi sonuncu dəfə yanvarın 15-də evə qayıdıb və daha sonra evi tərk etməyib.
Bundan sonra qadının əri hər şeyi etiraf etməli olub. Qurumunti deyib ki, mübahisənin qızğın vaxtında arvadını divara vurub. O, qadının ölüsünü gizlətmək qərarına gəlib. Bunun üçün kişi mətbəx bıçağı ilə arvadını parçalayıb, sonra isə cəsədin parçalarını qaynadıb. Bundan sonra o, qalıqları sobada kül olana qədər saxlayıb. Qurumunti daha sonra qalıqları toz halına çevirərək şəhərin Mirpat gölünə atıb.
Polis qadının qalıqlarını və ya digər birbaşa sübut tapmadığı üçün kişini həbsdə saxlaya bilməyib. Məhkəmə ekspertləri analiz üçün şübhəlinin mənzilindən bıçaq və digər əşyalarıgötürüblər.
Cütlük 13 il evli olub.
Ağarza Elçinoğlu