"Biz Cənubi Qafqazdan danışanda Azərbaycandan danışmaya bilmərik. Ermənistanın bu kontekstdə “Sülh yollarının kəsişməsi” təşəbbüsündən hamınız xəbərdarsınız ki, bu da 3 ölkə arasında, o cümlədən daha böyük regionda fəal əməkdaşlığı nəzərdə tutur. Bu kontekstdə münasibətlərin tənzimlənməsi çərçivəsində Azərbaycana təklif vermişik".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda Gürcüstanın xarici işlər naziri Maka Bojçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nəqliyyat rabitəsinə toxunan Mirzoyan Cənubi Qafqazın bu baxımdan böyük potensiala malik olduğunu vurğulayıb: "Biz Azərbaycanla münasibətlərimizin bütün istiqamətlərdə normallaşdırılması prosesini başa çatdırmağa və yekunlaşdırmağa hazırıq".
Sərhədin demarkasiyası prosesinə toxunan nazir vurğulayıb ki, bu baxımdan ölkə təkcə Ermənistanla Azərbaycan arasında deyil, həm də Ermənistanla Gürcüstan arasında sərhədin demarkasiyası prosesini davam etdirmək və başa çatdırmaq iradəsi və öhdəliyi var.
Ağarza Elçinoğlu