Ukrayna prezidenti Volodimir Zelenski ölkənin hərbi lisey və universitetlərindən, eləcə də bu cür təhsil müəssisələrindən müəllimlərin cəbhəyə göndərilməsini təklif edib.

"Unikal" xəbər verir ki, o, bu barədə hərbi universitetlərin birində çıxışı zamanı danışıb. 

Zelenski vurğulayıb ki, zabit olmaq üçün təhsil alan bütün ukraynalı “oğlan və qızlar” cəbhədə nə baş verdiyini, müasir silahlı münaqişənin nə olduğunu bilməlidirlər.

“Deməli, siz onlara dərs deyən müvafiq təcrübəyə malik olmalı, cəbhədə olmalısınız”, - deyə Ukrayna lideri bildirib.

O qeyd edib ki, əsl müharibənin nə olduğunu kitablardan məlumatla deyil, yalnız bu yolla öyrətmək olar. Ukrayna prezidenti müəllimlərin cəbhəyə göndərilməsinin həqiqətən nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməyib.

Gülayə Mecid