“Regionlarda QHT-lərin, xüsusilə gənclər təşkilatlarının sayında azalmalar var”. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsində keçirilən dinləmədə çıxışı zamanı deputat Naqif Həmzəyev  deyib.

“QHT-lərin böyük əksəriyyəti Bakı şəhərinə cəmləşib, ya da Bakıətrafı ərazidədir. Vaxtilə Gəncədə 50-yə yaxın gənclər təşkilatının adını çəkə bilirdiksə, bu gün bu rəqəm 3-4-ə düşüb. Regionlarda gənclər təşkilatlarına qrantların verilməsi ənənəsini bərpa etməliyik. Bakı QHT-ləri bütün qrantları udurlar, bütün proseslərdə ön cərgədədirlər. Gənclərin ən böyük problemi həm də mənzil məsələsidir. Biz ipoteka ilə bağlı qanunda dəyişiklik etməliyik. Gənclər sektorunda çalışan gəncləri də güzəştli ipoteka ilə mənzil əldə edənlərin siyahısına əlavə etməliyik”, - deyə deputat qeyd edib.

Anar Kəlbiyev