ABŞ Prezidenti Donald Tramp administrasiyası andiçmə mərasimindən sonrakı ilk səkkiz gündə Co Baydenin başçılıq etdiyi ABŞ administrasiyasının dörd il ərzində bacardığından daha çox işlər görüb.​ 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

"Mən əslində düşünürəm ki, biz Bayden administrasiyasının dörd il ərzində etdiyindən səkkiz gündə daha çox iş gördük", - o, "Fox News" telekanalına müsahibəsində deyib.

Vens əlavə edib ki, Tramp administrasiyası üçün prioritet istiqamətlər iqtisadi və miqrasiya böhranı ilə mübarizə olacaq: "Bayden və Demokratların rəhbərlik etdiyi açıq sərhədlər siyasəti daha 4 il davam etsəydi, ölkəmiz dönməz şəkildə dəyişəcəkdi. Biz həmçinin enerji xərclərini azaltmaq üçün tədbirlər görürük, çünki bu, bizə qida, mənzil və digər hər şeyi Amerika vətəndaşları üçün daha əlverişli hala gətirməyə imkan verəcək". 

Ağarza Elçinoğlu