Gürcüstanın baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikasına səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan onu hökumət binasının qarşısında qarşılayıb. Bundan sonra Paşinyanla Kobaxidze arasında təkbətək söhbət başlayıb. 

Daha sonra iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

Qeyd olunub ki, Kobaxidzenin qarşılanma mərasimi zamanı hökumət binasının qarşısında etiraz aksiyası keçirilib. Polislə etirazçılar arasında baş verən toqquşmada 3 nəfər saxlanılıb. Həbs olunanlar arasında “Kamk” təşəbbüsünün üzvü Vaaqn Çaxalyan da var.

Ağarza Elçinoğlu