Belçikanın mülki aviasiya idarəsi uçuşa nəzarət sistemində ciddi texniki nasazlığa görə milli hava məkanını müvəqqəti bağlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Belqa" xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, nasazlıq Belçikanın hava hərəkətini idarə edən xidmət provayderi "Skeyes"in işinə təsir edib və bu, hava hərəkətinin tamamilə dayanmasına səbəb olub. Təfərrüatlar hələlik açıqlanmayıb.

Qeyd olunur ki, Belçika hava məkanında olan bütün təyyarələr texniki nasazlıq səbəbindən qonşu ölkələrə yönləndirilir.