Xəbər veriyimiz kimi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifədən azad edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Unikal"a verilən məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.
*** 10:54
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə sektor müdiri vəzifəsindən azad edilib.
"Unikal"ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Belə ki, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Onun ərizəsi qəbul edilib.
Onun yerinə hələlik Regional idarənin əməkdaşı Əli Cəfərov təyin edilib.
Qeyd edək kİ, Xəyal Məmmədov 2022-ci ildə Goranboy-Naftalan rayonları üzürə sektor müdri təyin edilib.
Tural Əhmədov