"Ümumilli lider hakimiyyətə gələndən sonra ilk olaraq ölüm hökmünə moratorium qoyuldu və bundan sonra Azərbaycanda ölüm hökmü ləğv olundu".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
"Baxmayaraq ki, ondan qabaq 2 ay prezident səlahiyyətlərini icra edən İsa Qəmbər 6 nəfəri güllələdi. Guya bütün işləri görüb qurtarmışdı, qalmışdı o altı nəfərin güllənməsi", - deyə S.Novruzov qeyd edib.
Anar Kəlbiyev