“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15 faiz üstələyib.
ADY-dən "Unikal"a bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.