Rusiya və Ukrayna arasında "150-150" qaydası əsasında əsir mübadiləsi baş tutub.

"Unikal" xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisindən məlumat verilib.

"Bəziləri 2 ildən artıqdır ki, əsirlikdədir. Bu gün onlar və ailələri üçün illərlə gözləməkdən daha əhəmiyyətli bir gündür. Onları evdə, sağ-salamat, ailələrinin yanlarında görmək əsl xoşbəxtlikdir", - deyə Zelenski bildirib.

Həmçinin Zelenskinin Ofisindən verilən məlumata görə, geri qayıdanlar əsgərlər, serjantlar və zabitlərdir, eyni zamanda Mariupolda və Zaporojye vilayətində əsir düşmüş Hərbi-Dəniz Qüvvələri və Hərbi-Hava Qüvvələrinin müdafiəçiləri, hava hücumu və quru qoşunlarının hərbçiləri, milli qvardiyaçılar, sərhədçilər, ərazi müdafiə qüvvələri, eləcə də polislərdir.

Rusiya "Telegram" kanallarında da artıq bununla bağlı xəbərlər və fotolar paylaşılıb.