ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü prezident Donald Trampa qarşı impiçment təklif etmək niyyətində olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qanunvericilik iclasında o, Trampın impiçmenti üzrə işlərə artıq başlandığını bildirib.
"Mən elan edirəm ki, mən prezidentə qarşı iyrənc təkliflərinə və çirkin əməllərinə görə impiçment sənədi təqdim edəcəyəm", - Nümayəndələr Palatasının üzvü qeyd edib.
Onun fikrincə, dövlət başçısı Qəzza zolağı ilə bağlı hərəkətlərinə görə impiçment edilməlidir.
Xatırladaq ki, daha əvvəl Tramp fələstinlilər qonşu ölkələrə köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb.