"Barselona" İspaniya kubokunun 1/4 finalında "Valensiya" ilə oyuna itki ilə çıxacaq. 

"Unikal" xəbər verir ki, bunu Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik görüşdən öncə keçirilən mətbuat konfransında təsdiqləyib:

"Qavi iştirak etməyəcək. Protokol bunu deyir. Onun ötən oyun aldığı zərbə ağır idi". 

Qeyd edək ki, "Valensiya" - "Barselona" matçı sabah Bakı vaxtı ilə 00:30-da başlayacaq.