6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 24 min 147 nəfərin həyatını itirdiyi Hatayda vətəndaşlar faciənin 2-ci ildönümündə bir araya gəliblər.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanlar faciənin baş verdiyi zamanda yəni - saat 04.17-də səssiz yürüş keçiriblər.
Yürüşdə Hatay valisi Mustafa Masatlı, Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Öntürk, zəlzələdə yaxınlarını itirənlər və digər vətəndaşlar iştirak edib. Ürəkləri dağlayan görüntüləri diqqətinizə çatdırırıq: