Ermənistanın Zəngəzur Mis-Molibden Zavodunda işçilər arasında kütləvi dava düşüb.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, insident tətil edən işçilərlə tətilə qarşı çıxanlar arasında baş verib. Etirazçılar işə davam etmək istəyənlərə əllərində odlu silah və bıçaqla hücum ediblər.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polisə Kacaranın Poçambar rayonunda əlbəyaxa dava olması barədə məlumat daxil olub.
Hadisə nəticəsində 8 nəfər var saxlanılıb.
Qeyd edək ki, zavodun bəzi əməkdaşları artıq bir neçə gündür ki, tətil edirlər. Onlar əmək haqqının 50% artırılmasını tələb etsə də, rəhbərlik bunu qəbuledilməz hesab edir.
Ağarza Elçinoğlu