Suriyanın yeni prezidenti Əhməd əl-Şaraa fransalı həmkarı Emmanuel Makrondan Parisə rəsmi səfərə dəvət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Makronla telefon danışığından sonra Suriya liderinin ofisi məlumat yayıb.
"Əhməd əl-Şaraa Fransa prezidentindən yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb. Prezidentlər Suriyanın təhlükəsizlik məsələlərini və onun sabitliyini dəstəkləmək üçün birgə işləmək zərurətini müzakirə ediblər", - məlumatda deyilir.
Ağarza Elçinoğlu