ABŞ prezidenti Donald Tramp Moskvanın Ukrayna münaqişəsində iddia edilən zəifliyinə görə Rusiyaya qarşı aqressiv mövqe sərgiləyib.

"Unikal" xəbər verir ki, bu barədə “Asia Times” qəzeti yazır.

Qeyd olunur ki, Amerika liderinin Rusiya prezidenti Vladimir Putinlə əlaqələr quracağına dair ilkin ehtimallar özünü doğrultmayıb.

Nəticədə Tramp Moskvaya qarşı aqressiv ritorikasını gücləndirib və onu hədələməyə başlayıb.

Məqalə müəllifinin fikrincə, ABŞ rəhbəri həqiqətən də Ukrayna üzrə sülh sazişi əldə etmək niyyətindədir, çünki bu, Amerikanın dünya səhnəsində təsirini gücləndirəcək.

Nəşrin məlumatına görə, bu müqavilənin şərtləri Rusiyanın iddia edilən “zəifliyi” səbəbindən dəyişdirilib.

Gülayə Mecid