“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işini müzakirə etmək üçün Ağ Evdə prezident Donald Trampla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə o, NBC telekanalına müsahibəsində danışıb.

Görüş ötən gün baş tutub. Qeyts deyib ki, o, Trampı USAID vasitəsilə xarici yardımı davam etdirməyə çağırıb.

Qeyts həmçinin agentliyin bağlanmasının təşəbbüskarı olan İlon Maskla hələ görüşmədiyini bildirib.

Fevralın əvvəllərində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Vaşinqtondakı baş qərargahının binasından lövhələrin  götürüldüyü məlum olub. Amerikalı sahibkar İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini “cinayət təşkilatı” adlandırıb.